Yaponiya Rusiyanın böyük banklarını – “Sberbank” və “Alfa-bank” – sanksiyalar siyahısına daxil edəcək.
Eləcə də bax: Avropa Mərkəzi Bankı: “Sberbank”ın Avropadakı törəmə bankları müflis olacaq"
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Fumio Kisida məlumat verib. Bundan əlavə, o əlavə edib ki, Yaponiya Rusiyaya yeni investisiyalara qadağa qoyacaq.
Daha əvvəl vurğulandığı kimi, Yaponiya bu günə qədər Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Bu sanksiya siyahısına Rusiyanın 101 fiziki və 130 hüquqi şəxsi daxil olub. Eyni zamanda 300-ə yaxın malın, eləcə də dəbdəbəli əşyaların ixracına qadağa qoyulub.