2023-ci ilin yanvar-fevral aylarında Qazaxıstandan Azərbaycana buğda ixracı 75 min ton təşkil edib.
FED.az xəbər verir ki, Qazaxıstanın rəsmi statistik məlumatına əsasən, 2022-ci ilin analoji dövrü ilə müqayisədə ixrac 19,6% (2022-ci ilin yanvar-fevral aylarında 62,72 min ton) artıb.
Ümumilikdə, cari mövsümün birinci yarısında (2022-ci ilin sentyabrı - 2023-cü ilin fevralı) Azərbaycana 239,9 min ton Qazaxıstan buğdası (+87%) tədarük edilib.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə Qazaxıstandan 280,016 min ton buğda idxal edib, bu da 2021-ci ilə nisbətən 5,3 dəfə çoxdur. Qazaxıstandan $95 milyon 800,45 min dəyərində buğda alışı həyata keçirilmişdir (artım 6 dəfə). (İnterfaks-Azərbaycan)