2023-cü ildə ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub: "Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4 % təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 % artıb".
"Dövlət satınalmaları haqqında" qanun 2024-cü ildə "yaşamağa başlayacaq"
Elektron satınalmanın keçirilməsi qaydaları - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında məlumat verib.
2023-cü ildə 2 milyon manat dəyərində 139 açıq tender, 1,6 milyon manat dəyərində 4 353 ədəd elektron açıq tender, 59,6 milyon manat dəyərində 2 888 ədəd kotirovka sorğusu və 972,6 milyon manat dəyərində 438 ədəd təkliflər sorğusu keçirilmişdir.
Onun sözlərinə görə, hesabat ilində dövlət satınalmalarında orta iştirakçı sayı 3,9 olub. “Bildiyiniz kimi, qanunda minimum iştrakçı sayı 3 hesab olunur. İslahatlar aparıldıqca dövlət satınalmalarındakı iştirakçı sayı artacaq ki, bu da rəqabətliliyin artmasını ehtiva edir",- deyə M.Abbasbəyli əlavə edib.
2023-cü il ərzində dövlət satınalmaları üzrə ümumilikdə 12 432 yekun protokol təhlil olunub. Bu təhlillər nəticəsində 1 512 ədəd müsabiqədə qanunvericiliyin tələblərinin pozulması hallan aşkar olunduğundan Dövlət Xidməti tərəfindən ləğv edilib. 180 protokol təkrar təqdim edilmesi üçün geri qaytarılıb.
551 protokol yenidən qiymətləndirilib.
"Bundan əlavə cari ilin yanvar ayının 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanun qüvvəyə minib, bununla da, elektron satınalmalara keçidin yekunlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Elektronlaşma nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək". - deyə Məmməd Abbasbəyli bildirib.
Xidmət rəisi FED.az-ın sualına cavab olaraq bildirib ki, dövlət satınalmaları ilə bağlı qəbul olunmuş yeni qanuna əsasən şirkətlər artıq aşağı salınmış məbləğlər ödəyərək əsas şərtlər toplusuna aid sənədlər ilə tanış ola bilərlər. Məbləğə gəlincə, məbləğ 15 manatdan başlayır.