Bu ilin oktyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların ümumi dəyəri 124,4 milyon manat təşkil edib.
Eləcə də bax: Kredit kartları maaş kartlarından daha çox - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı"nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99,5 milyon manat yaxud 5 dəfə çoxdur.
2021-ci ilin yanvar-oktyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 960,9 milyon manatlıq əməliyyat aparıblar ki, bu da illik müqayisədə 581,8 milyon manat və ya 2,6 dəfə artım deməkdir.