2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılacaq.
Eləcə də bax: Azərbaycan əhalisi nağd ödənişə üstünlük verir, yoxsa onlayn alış-verişə? – Sorğu
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Ölkədəki mövcud vəziyyətlə əlaqədar tətbiqinə müvəqqəti fasilə verilən "Smart Customs" daha da təkmilləşdirilmiş formada istifadəçilərə təqdim olunacaq.
Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart Customs" tətbiqi ilə bəyan edilməsi məcburidir. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki hesablarından tətbiqdən istifadəyə dair ətraflı məlumat almaq olar. https://youtu.be/WcE7VBCosYk
"Onu da qeyd edək ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq", - məlumatda qeyd edilir.