Xarici ölkələrdən Azərbayana idxal edilən ətir və tualet suyunun 1 qramının gömrük dəyəri cəmi 3 qəpik təşkil edir.
BƏƏ Azərbaycana ətir ixrac edən ölkələrin ilk üçlüyünə - DAXİL OLDU
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında ölkəyə ümumi dəyəri 14,7 milyon dollar olan 845 ton ətir və tualet suyu gətirilib.
Nəticədə bu məhsulun bir qramı 1,7 sentə və ya 3 qəpiyə başa gəlib.
Azərbaycanın ən çox ətir və tualet suyu aldığı ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir – yarım ildə bu ölkədən ümumi məbləği 1,9 milyon dollar olan 191,7 ton əətir və tualet suyu gətirilib.
BƏƏ-dən gətirilən ətirlərin qramı 1 sentdən və ya 1,7 qəpikdən rəsmiləşdirilir.