2023-cü ilin I yarısında Azərbaycana ətir və tualet suyu idxalı 2022-ci ilin 6 ayı ilə müqayisədə miqdar ifadəsində 35,7%, dəyər ifadəsində 19,1% artıb.
5 ayda Aİ ölkələri Azərbaycana ətir ixracını - 16,7% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 844,99 ton, dəyəri $14 milyon 753,82 min təşkil edib.
Fransa 2022-ci ildə olduğu kimi sözügedən məhsulları Azərbaycana ixrac edən ölkələr arasında lider olub. Bu ölkədən $4 milyon 805,28 min dəyərində (azalma 8,8%) 47,72 ton ətir və tualet suyu (azalma 17,1%) idxal edilib.
Azərbaycana ətir və tualet suyu ixrac edən ölkələrin ilk üçlüyündə (tədarük dəyərinə görə - İF) BƏƏ ($1 milyon 951,84 min dəyərində 191,73 ton) və İspaniya ($1 milyon 381,17 min dəyərində 23,09 ton) da yer alıb.
Çindən $1 milyon 378,7 min dəyərində 314,46 ton, İtaliyadan $1 milyon 357,73 min dəyərində 20,11 ton, Rusiyadan $988,04 min dəyərində 77,39 ton, Türkiyədən $972,51 min dəyərində 99,94 ton, Polşadan $790,17 min dəyərində 46,54 ton, Böyük Britaniyadan isə $500,67 min dəyərində 3,35 ton ətir və ətir suyu idxal edilib.
2022-ci ildə Azərbaycana gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 362,09 ton (+6,4%), dəyəri $26 milyon 511,89 min (+15,6%) təşkil edib. (İnterfaks-Azərbaycan)