İlin əvvəlindən başlayaraq Rusiya Federasiyasının Volqoqrad vilayətindən Azərbaycana 4,5 min ton taxıl və onun emalı məhsulları ixrac edilib.
Şirkət 2900 hektar ərazidə əkin aparacaq - ARPA, BUĞDA, QARĞIDALI, PAMBIQ
FED.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, Azərbaycan taxıl və onun emalı məhsullarının əsas istehlakçısı olub ki, bu da ümumi tədarükün 30,6 faizini təşkil edir.
İlin əvvəlindən Volqoqrad vilayətinin ərazisindən ixrac üçün nəzərdə tutulan 15,5 min ton bitki mənşəli karantin məhsullarına nəzarət tədbirləri keçirilib. İxrac məhsulunun 94,8 faizi taxıl və onun emalı məhsullarının payına düşüb ki, bu da ümumilikdə 14,7 min ton təşkil edir. Məhsullar dünyanın 18 ölkəsinə tədarük edilib.