2019-cu ildə Vergi və Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil olduğu açıqlanıb.
Eləcə də bax:Vergilər Nazirliyi: “Pozuntu haqqında məlumat versinlər - ADLARINI AÇIQLAMAYACAYIQ”
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ildə Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7672,1 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 356,1 mln. manat və ya 4,9 faiz, 2018-ci illə müqayisədə isə 256,6 mln. manat və ya 3,5 faiz çoxdur.
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4408,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1 faiz, 2018-ci illə müqayisədə isə 974,6 mln. manat və ya 28,4 faiz çoxdur.