Vergi pozuntuları barədə məlumat verən bu şəxslərin adları açıqlanmayaq.
FED.az xəbər verir ki, Bakıdakı bəzi ticarət mərkəzlərində ticarətçilərlə , ticarət mərkəzinin sahibi arasındakı icarə müqaviləsi rəsmiləşdirilmir.
Eləcə də bax:Vergilər Nazirliyindən - «ŞADLIQ EVİ» AÇIQLAMASI
Bu zaman rəsmiləşdirmə ya çox aşağı qiymətlə olur ya da ümumiyyətlə belə bir icarə müqaviləsi olmur. Bu vəziyyət də icarəçilərə müəyyən problemlər yaradır. Misal olaraq onlar banka kreditə müraciət edirlər heç bir icarə sənədləri olmadığı üçün kredit götürə bilmirlər. Yaxudda mallarını sığortalamaq istəyirlər lazımı sənədlər olmadığı üçün sığortalaya bilmirlər. Özləri də ticarət mərkəzinin sahibinə etiraz edə bilmirlər. Çünki onları ticarət mərkəzindən çıxara bilərlər.
Məsələ ilə bağlı açıqlama verən Vergilər Nazirliyinin şöbə müdiri Rəşad Nuriyev bildirib ki, belə hallarla bağlı şikayət edən şəxslərin anonimliyi qorunacaq.
“Hər hansı sahibkarın vergilərlə bağlı sorğusu olduğu halda müraciətlər daxil olduğu həmin hallar aradşrırlır və şikayət edilən vergi ödəyicisi həyata keçirilən növbəti vergi tədbirləri zamanı bu hal araşdırılır və anonim sorğu ilə müraciət edən şəxsə aidiyyatı üzrə məlumatlar verilir. Şikayətçilərin adları isə açıqlanmır. Burada Vergilər Nazirliyin əsas işi şəffaf uçotun təmin edilməsidir. Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Belə sorğular daxil olduğu hald aidiyyatı üzrə araşdırlır. Qanun pozuntuları varsa aidiyyatı tədbirlər görülür.