Dünyanın ən iri tibbi əlcək istehsalçısı, Malayziyanın “Top Glove” şirkətinin səhmləri bu il 50% ucuzlaşıb.
ÜST "Sputnik V"nin təsdiqini dayandırır
FED.az xəbər verir ki, şirkət ötən həftəsonu açıqlamasında koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin çoxusu ləğv olunduqdan sonra satışların da azaldığını bildirib.
İyun-avqust ayları ərzində satışlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% azalaraq, 2,1 milyard Malayziya ringgiti (501 milyon dollar) təşkil edib. Mənfəət isə 48% azalaraq, 145 milyon dollara düşüb.
Azalmanın əsas səbəbləri sürətli vaksinasiya və karantin tədbirlərinin yumşaldılmasından sonra tibbi əlcəklərə tələbatın azalması və ABŞ-ın əmək standartlarında yol verilən ciddi pozuntulara görə şirkətin məhsullarına tətbiq etdiyi idxal qadağasıdır.
Xatırladaq ki, 1991-ci ildə qurulmuş Top Gloves hazırda Malayziya, Tayland, Çin və Vyetnamda 50 zavoda, 800 istehsal xəttinə və 22 min işçiyə malikdir. 195 ölkəyə, o cümlədən Azərbaycana məhsul ixrac edən Top Gloves-un bazar dəyəri ötən il 290%, mənfəəti isə 400% artıb. Təkcə 2020-ci ilin son rübündə mənfəət 20 dəfə artaraq, 590 milyon dollar təşkil edib.(marja)