Ukraynada kartofun topdansatış qiyməti tarixi maksimuma çatıb.
FED.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının investisiya departamentinin iqtisadçısı Andrey Yarmak bildirib.
"Hazırda Ukraynada kartofun topdansatış qiymətləri tarixdə ən yüksək qiymətdir", - o qeyd edib.
Yarmak vurğulayıb ki, faktiki olaraq il ərzində bu məhsulun qiyməti 3,5-4 dəfə artıb. Ekspertin fikrincə, belə bir şəraitdə idxal iqtisadi baxımdan məqsədəuyğun olub.
Yarmakın sözlərinə görə, təzə kartofun qiyməti son üç həftə ərzində 40% artaraq, Avropa İttifaqının qonşu ölkələrindəki qiymətləri üstələyib. İqtisadçı qiymət artımının səbəbləri arasında əlverişsiz hava şəraiti göstərilir. Üstəlik, topdansatış qiymətlər istehsalçıların kartof yetişdirmək xərclərini ödəməyib ki, bu da kənd təsərrüfatı məhsullarının keyfiyyətinin və həcminin azalmasına səbəb olub. (Qayraninfo)