Ukrayna hökuməti bəzi dənli bitkilərin, şəkər, duz və ətin ixracını qadağan edib.
FED.az xəbər verir ki, bu barədə Ukraynanın Nazirlər Kabinetinin açıqlamasında deyilir.
Qeyd olunur ki, bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyub.
Xatırladaq ki, ötən il ərzində Azərbaycan Ukraynadan 4 min tondan çox şəkər (dəyəri 2,4 mln. dollar), 7,3 min ton duz (991 min dollar) və 24,6 min ton ət (42,3 mln. dollar) idxal edib. (Apa)