Türkiyədə sənaye məhsullarının ixracı ötən ilin dekabr ayında 2020-ci ilin rekord həddinə çatıb – 13,3 mlrd. ABŞ dollarından çox.
Eləcə də bax: Türkiyənin çatdırılma xidməti startapı İngiltərə bazarına girir
FED.az xəbər verir ki, bu barədə Türk İxracatçılar Şurasının açıqlamasında deyilir.
Qeyd olunur ki, dekabrda ölkənin sənaye məhsullarının ixracı noyabr ayına nisbətən 9%, 2019-cu ilin eyni dövrünə ilə müqayisədə isə 15,8% artıb. İxracda ən yüksək artımı ölkənin müdafiə və aviasiya sənayesi göstərib.
Ötən il Türkiyədə sənaye məhsullarının ixracı 2019-cu ilə nisbətən 7,6% azalaraq 127,64 mlrd. dollar təşkil edib. (Apa)