Türkiyənin ən böyük çatdırılma xidməti həyata keçirən “Getir” startapı İngiltərə bazarında da şəbəkəsini genişləndirmək istəyir.
Eləcə də bax: Türkiyə ilə Britaniya tarixi - Müqaviləni İmzaladı
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Bloomberg-ə şirkətə yaxın şəxslər bildirir.
Şirkət bunun üçün isə 800 mln. dollardan çox yeni sərmayəçi axtarışındadır.
“Getir” İngiltərədə böyüməsini maliyyə etmək üçün yerli və xarici fondlardan olan investorlardan 100 milyon dolların üzərində yatırım almaq üçün götür-qoylar edir. Əlavə məlumatlar məxfilik daşındığı səbəb gətirlərək gizli saxlanılır.
Elektron ticarət şirkətləri 2020-ci ildə gözləniləndən daha çox sürətli böyüyüb. Bunun səbəbi isə pandemiya səbəbindən birbaşa alışverişin məhdudlaşdırılması səbəbindən insanların onlayın alış-verişə keçidini sürətləndirib.
Bu, İstanbulda mənzillənən “Getir”in xaricdə ilk biznes layihəsidir. Mənbələr bildidir ki, İngiltərənin ardından isə yeni hədəf Cənubi Amerika bazarı olacaq.
Qeyd edək ki, “Getir”ə keçən ilin yanvarında “Sequoia Capital”ın payçılarında Michel Moritzin də daxil olmaqla braziliyalı və türkiyəli investorlardan 38 milyon dollar yatırım edilmişdi.
Kredit Müraciəti