Bu ilin oktyabr ayında Türkiyə ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə 5,6% artaraq 17,3 mlrd. ABŞ dollar təşkil edib ki, bu fakt tarixi maksimum kimi qeydə alınıb.
Eləcə də bax: Türkiyədə turistlər üçün yeni vergi tətbiq edildi
FED.az xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, bu barədə ölkənin Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.
Oktyabrda Türkiyənin idxalı illik müqayisədə 8,5% artaraq 19,73 mlrd. dollar çatıb. Beləliklə, ölkənin ticarət dövriyyəsinin mənfi saldosu illik ifadədə 35,7% artaraq 2,43 mlrd. dollara çatıb.
Avropa İttifaqı (Aİ) Türkiyənin ən böyük ticarət tərəfdaşı kimi mövqeyini qoruyub. Belə ki, ötən ay Aİ-yə ixrac illik müqayisədə 4,1% artaraq 7,23 mlrd. dollara bərabər olub. Təkcə Almaniyaya oktyabrda 1,62 mlrd. dollarlıq mal ixrac olunub. Böyük Britaniyaya da ixrac həcmlərində əhəmiyyətli – illik 52,6% səviyyəsində artım qeydə alınıb və 1,5 mlrd. dollar təşkil edib. (Apa)