Türkiyənin ən ən böyük holdinqi Azərbaycana yatırım etmək barədə müzakirə aparıb.
Türkiyə şirkəti Azərbaycanda dağ-mədən sənayesi üçün mühüm xammalın istehsalını yarada bilər
FED.az xəbər verir ki, "Koç Holding" və "Aksoy Holding" şirkətlərinin nümayəndələri iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.
Bu barədə nazirin paylaşımında deyilir: «#Azərbaycan-#Türkiyə birliyi və uğurlu #iqtisadi tərəfdaşlıq platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşir. Türkiyənin "Koç Holding" (Koç Holding A.Ş.) və "Aksoy Holding" şirkətlərinin nümayəndələri ilə keçirdiyimiz görüşdə ölkəmizdə #investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük. Qeyd edək ki, "Koç Holding" və "Aksoy Holding" Türkiyənin ən byöük biznes qruplarındandır. 1964-cü ildə Vehmi Koç tərəfindən yaradılmış "Koç Holding" ümumiyyətlə Türkiyənin ən böyük biznes strukturu sayılır. İllik gəliri 21,6 milyard dollar olan "Koç Holding"də 115 min nəfərdən artıq insan çalışır. Holdinq Türkiyənin dünyada tanınan əksər markasının sahibidir, bura «Beko», «Tofaş», «Arçelik», «Grundig», «Türk Traktör ve Ziraat Makinaları» və başqa onlarla marka və şirkət aiddir.
«Koç Holding»ə bank, sığorta şirkətləri, çoxsaylı istehsal və xidmət müəssisələri daxildir.
Dünyanın ən böyük 500 şirkəti arasında yer alan (477) «Koç Holding»in qlobal ortaqları arasında «LG Electronics», «Ford Motor», «UniCredit Group» kimi şirkətlər var.
1978-ci ildə qurulan «Aksoy Holdinq» isə 5 sektorda fəaliyyət göstərir: Pərakəndə, Elektrik, Turizm, Daşınmaz Əmlak və Ticarət.
«Aksoy Holdinq»in pərakəndə satış sektorunda flaqmanı, törəmə şirkəti Turcas (BIST:TRCAS) tərəfindən 2006-cı ildə Shell ilə birgə müəssisə kimi qurulan və bu gün də pərakəndə yanacaq sənayesinin lideri olan Shell & Turcas Petrol A.Ş.-dir və bu şirkət Türkiyənin yanacaq bazarının lideridir.
«Aksoy Holdinq»in elektrik enerjisi sektorundakı törəmə şirkəti Turcas tərəfindən 2009-cu ildə Avropanın enerji nəhəngi RWE ilə birgə yaradılmış RWE & Turcas Güney Elektrik Üretim A.Ş.-dir.
Eyni zamanda «Aksoy Holdinq» 553 otaqlı və panoramik Boğaza mənzərəsi ilə İstanbulun məşhur və ən böyük 5+ ulduzlu otellərindən biri olan Conrad İstanbula, həmçinin The Ritz-Carlton Residences, Bodrum, ultra dəbdəbəli yaşayış və qonaqpərvərlik üçün qarışıq istifadəli əmlaka sahibdir.
2022-ci ildə yaradılan «Aksoy International Holding» isə Florida, Nyu-York və Koloradoda ultra lüks rezidensiyalar, kirayə evlər, otellər, yaşlı yaşayış və kommersiya daşınmaz əmlak layihələri inkişaf etdirir.