Türk-İş 2022-ci ilin İyun ayı üçün Aclıq və Yoxsulluq Həddi Araşdırmasının nəticələrini açıqlayıb.
Eləcə də bax: Türkiyə istehsalı geyimlər 70% bahalaşacaq
FED.az araşdırmaya istinadən xəbər verir ki, qida inflyasiyası aylıq 6,2 faiz; son 12 ayda 117,3 faiz təşkil edib.
Araşdırmasının nəticələrinə görə; dörd nəfərlik bir ailənin aylıq yemək xərci, yəni aclıq həddi 6 min 319 lirəyə (cari məzənnə ilə 648 manat), yoxsulluq həddi isə 20 min 818 lirəyə (cari məzənnə ilə 2 min 142 manat) yüksəlib. Tək bir işçinin "yaşayış xərci" ayda 8 min 313 lirəyə (cari məzənnə ilə 853 manat) çatıb.
Araşdırmaya görə, 4 nəfərlik bir ailənin sağlam, balanslı və adekvat qidalanması üçün tələb olunan aylıq yemək xərci (aclıq həddi) 6 min 391 lirə, qida, geyim, mənzil (kirayə, elektrik, su, yanacaq), nəqliyyat, təhsil, səhiyyə üzrə aylıq xərclərin ümumi məbləği (yoxsulluq həddi) 20 min 818 lirəyə yüksəlib. (Marja)