İndiyədək Türkiyədə baş verən inflyasiya nəticəsndə hazır geyimlər 30% bahalaşıb. Qarşıdakı aylarda isə qiymət artımı daha da sürətlənəcək.
FED.az xəbər verir ki, bu barədə «Gürmen Qrup»un İdarə Heyətinin üzvü Zeynep Doğan bildirib. O may ayında hazır geyim qiymətlərində 30% artım olduğunu ifadə edərək, yeni mövsümdə 70% artım gözlədiyini söylədi.
Pandemiya ilə başlayan məzənnə artımının mənfi nəticələri özünü tekstil sənayesində qiymət artımı kimi hiss etdirir.
«Gürmen Qrupu»nun İdarə Heyətinin üzvü Zeynep Doğan bildirib ki, pandemiyanın başlanğıcından bəri yun və pambıq kimi əsas xammalların qiyməti xarici valyutada 100%-ə yaxın artıb. Nəticədə hazır geyimlər də bahalaşır və bu proses davam edəcək.
«May ayında qiymət artımı 30 faiz civarında idi, yayı belə keçirəcəyik, amma növbəti qış dövründə keçən qışla müqayisədə 70 faiz artım gözləyirəm» - deyib Zeynep Doğan.
Xaricdə 46 nöqtədə xidmət göstərdiklərini ifadə edən Doğan, «Tekstil tərəfində Ramsey və KIP markaları ilə hazır geyim sektorunda müxtəlif seqmentlərdə fəaliyyət göstəririk. Əsas bazarlarımız Orta Asiya, yəni Azərbaycan, Türkmənistan, Tacikistan.Yaxın Şərqdə də əhəmiyyətli payımız var. Son bir ildə Qətər Türkiyə və Dubayda mağazalar açdıq. İndi isə tezliklə İraqda mağaza açacağıq.Yenə Balkanlarda genişlənmə planlarımız var,biz Kosovoda açılışı olacaq» dedi.