"Türkiyə Şəkər Fabrikaları A.Ş." (Türkşeker) şəkər tozu qiymətlərini 8% artırıb.
Eləcə də bax: Türkiyədə inflyasiya açıqlandı - QİYMƏTLƏR ARDICIL 16 AYDIR ARTIR
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ki, "Türkşeker"in 50 kiloqramlıq şəkər tozu kisəsinin qiyməti 8% artımla 750 lirədən 810 lirəyə yüksəlib. "Türkşeker"in kiloqramı 15 lirədən verdiyi şəkərin qiyməti 16,20 lirəyə qalxıb. Bu qiymətlərə ƏDV daxil deyil.
Hazırda Türkiyə bazarında şəkərin kisəsinin qiyməti 1000 TL civarındadır və özəl sektor "Türkşeker"in açıqladığı qiymətə çox məhdud miqdarda məhsul tədarük etdiyi üçün istədiyi miqdarda məhsul tapa və bütün ehtiyaclarını ödəyə bilmir.
Türkiyənin gündəlik şəkər tələbatı 8 min ton civarında olduğu halda, "Türkşeker"in bazara təqdim edə biləcəyi gündəlik miqdar təxminən 1000 tonla məhdudlaşır. (Marja)