Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 83,45% artıb.
FED.az xəbər verir ki, sentyabrda qiymətlər avqust ayı ilə müqayisədə 3,08 faiz artıb.
İllik baza inflyasiya sentyabr ayında 68,09% təşkil edib.
İstehsalçı qiymətləri indeksi sentyabr ayında ötən ilin eyni dövrünə nisbətən 151,50% artımla yüksəlişini davam etdirib. Aylıq istehsalçı inflyasiyası 4,78 faiz təşkil edib.
Sentyabr ayında istehlak qiymətləri indeksinə daxil olan 144 əsas məhsul qrupundan 18 qrup məhsulda azalma olduğu halda, 2 əsas qrupda dəyişiklik baş verməyib, 124 əsas qrupda qiymət artımı olub.
Türkiyədə inflyasiya ardıcıl 16 aydır yüksəlir. (Marja)