"Türkşeker" şəkər tozu qiymətlərini 37%-67% artırdığını açıqlayıb.
Eləcə də bax: Xaricdən gətirilən şəkər əslində nə qədər bahalaşıb? - MƏLUM OLDU - RƏSMİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, iyunun 27-dən etibarən "Türkşeker" endirimli marketlər üçün 50 kiloqramlıq şəkər kisəsinin zavod satış qiymətini 67% artıraraq 390 lirədən 650 lirəyə qaldırıb.
"Türkşeker" digər müştəriləri üçün 50 kiloqramlıq şəkər kisəsinin qiymətini 500 lirədən 750 lirəyə qaldıraraq 36,4% bahalaşdırıb.
"Türkşeker"in yaydığı məlumatda, "50 kiloqramlıq polipropilen torbalara qablaşdırılan şəkərin zavoddan satış qiymətləri 27.06.2022 tarixindən etibarən qüvvəyə minəcək. Qiymətlər ƏDV xaric 13 TL/kq, digər bütün müştərilər üçün ƏDV xaric 15 TL/kq olaraq yenidən müəyyən edilmişdir", - bildirilir. (Marja)