Xəbər verildiyi kimi, bu gün bir sıra ticarət şəbəkələrində şəkər tozunun qiyməti yenidən bahalaşıb.
FED.az xəbər verir ki, Bakıda şəkər tozunun 50 kiloqramlıq kisəsi indiyədək 67 manat olduğu halda indi 75 manata təklif olunur. Başqa sözlə şəekər tozunun kiloqramı 1,35 manatdan 1,45 manata artırılıb.
Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.
Şəkərin qiymət artımının ümumilikdə dünyanın ərzaq bazarında baş verən dəyişikliklər və ölkə daxili bahalaşma ilə əlaqədar olduğu məlum olsa da, budəfəki qiymət artımının dəqiq səbəbləri açıqlanmayıb.
Dəqiq mənbə göstərilmədən mətbuata ötürülən məlumatlarda bildirilir ki, bahalaşma neftin qiymət artımı, pandemiya, Rusiya-Ukrayna müharibəsi, logistika problemləri və logistika xərclərinin yüksəlməsi ilə bağlıdır. Yeri gəlmişkən, nəqliyyat xərclərinin artması özünü Türkiyədən Azərbaycana TIR-larla yük daşımalarında da göstərir.
FED.az xəbər verir ki, ölkəyə gətirilən şəkərin və şəkər tozu xammalının qiyməti Dövlət Statistika Komitəsi tərəfindən qeydə alınır. Və komitənin açıqladığı məlumatlara görə, bu il xaricdən gətirilən şəkərin qiyməti 11-19% arasında dəyişib.
Belə ki, DSK-nin məlumatlarına görə, 2021-i ilin ilk 4 ayında Azərbaycana xaricdən «Şəkər qamışından və ya şəkər çuğundurundan alınan şəkər və kimyəvi cəhətdən təmiz saxaroza, bərk vəziyyətdə» 107 min ton gətirilib. Onun ümumi dəyəri 48 milyon 181 min dollar olub, yəni tonu 451 dollar.
2022-ci ilin ilk 4 ayında isə Azərbaycana xaricdən «Şəkər qamışından və ya şəkər çuğundurundan alınan şəkər və kimyəvi cəhətdən təmiz saxaroza, bərk vəziyyətdə» 79 min ton gətirilib, dəyəri 42 milyon 433 min dollar təşkil edib, yəni 1 tonun qiyməti 537 dollar olub.
Bu hesabla son bir ildə xaricdən Azərbaycana gətirilən şəkərin qiymti 19% artıb.
Bununla yanaşı, Dövlət Statistika Komitəsinin özünün açıqladığı idxal mallarının qiymət indekslərində göstərilir ki, xaricdən idxal olunan şəkərin qiyməti son bir ildə 11,2% artıb.
Şəkər və şəkər tozunun bahalaşması |
||||||||
Məhsul |
Mənşə |
Ölçü vahidi |
Aprel, 2021 |
Aprel, 2022 |
İllik bahalaşma (aprel) |
May, 2021 |
May, 2022 |
İllik bahalaşma (may) |
Şəkər |
orta |
1kq/ manat |
2.02 |
2.44 |
20,8% |
2.06 |
2.46 |
19,4% |
yerli |
1.88 |
2.36 |
25,5% |
1.94 |
2.38 |
22,7% |
||
idxal |
2.16 |
2.51 |
16,2% |
2.18 |
2.53 |
16,0% |
||
Şəkər tozu |
orta |
1kq/ manat |
1.31 |
1.67 |
27,5% |
1.38 |
1.68 |
21,7% |
yerli |
1.15 |
1.50 |
30,0% |
1.22 |
1.52 |
24,6% |
||
idxal |
1.48 |
1.85 |
25,0% |
1.55 |
1.87 |
20,6% |
Bu cədvəldən də görünür ki, hələ iyun ayındakı, yəni dünən baş verən bahalaşmanı nəzərə almasaq, Azərbaycanda şəkərin satış qiyməti 20-27% arasında bahalaşıb.
Bahalaşmanın böyük hissəsi xaricdən idxalın deyil, yerli istehsalın hesabınadır. Məsələn, aprel ayının göstəricilərinə baxanda, son bir ildə xaricdən idxal olunan şəkər 16% bahalaşdığı halda, yerli istehsal olan şəkərin qiyməti 25% artıb. May ayının göstəricilərində də son bir ildə idxal şəkəri 16% bahalaşdığı halda, yerli istehsal 22,7% bahalaşıb.
Şəkər tozunun qiymətlərində də təqribən eyni vəziyyətdir. Son bir ildə ölkədə şəkər tozunun satış qiyməti 1,31-1,38 manatdan 1,67-1,68 manata yüksəlib – 22,27% bahalaşma.Bu dövrdə də yerli istehsal 25-30%, xaricdən idxal olunan şəkər tozu isə 20-25% bahalaşıb.
Başqa sözlə, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, şəkər və şəkər məmulatlarının idxal qiyməti 11,2% artıdığı halda ticarət şəbəkələrində qiymətlərin 22-30% arasında artması göstərir ki, qiymət artımı təkcə obyektiv səbəbdən baş verməyib.