Türkiyədə pomidor İxrac Qeydiyyatına alınan Mallar Siyahısına əlavə edilib.
FED.az xəbər verir ki, İxrac Qeydiyyatına Alınan Mallara dair Qaydalarda Dəyişikliklər edilməsi haqqında qərar "Rəsmi Qəzet"də dərc olunub.
Dəyişikliyə görə, pomidor İxrac Qeydiyyatına Alınan Mallar Siyahısına əlavə edilib
Bu qərarla pomidor ixracı üçün Ticarət Nazirliyindən icazə alınması lazım gələcək.
Qeyd edək ki, ölkədə məhsullar qıtlaşan və bahalaşan zaman siyahıda olan məhsulların ixracı məhdudlaşdırılır. (Marja)