2023-cü ilin yanvar ayında Türkiyədə yaşı 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 166 min nəfər azalaraq 3 milyon 424 min nəfər olub.
Türkiyədə seçki ssenarilərinə görə Dollar/TL proqnozu - "DOLLAR 36 LİRƏYƏ YÜKSƏLƏ BİLƏR"
FED.az Türkiyə Statistika Komitəsinin (TÜİK) açıqladığı məlumata istinadən xəbər verir ki, işsizlik nisbəti 0,5 bənd azalaraq 9,7% təşkil edib. İşsizlik səviyyəsi 5 aydan sonra yenidən təkrəqəmli səviyyəyə düşüb.
İşsizlik nisbəti kişilər üzrə 7,7% ikən, qadınlar üzrə 13,7%-dir.
2023-cü ilin yanvar ayında məşğul olanların sayı əvvəlki ayla müqayisədə 354 min nəfər artaraq 31 milyon 837 min nəfər, məşğulluq nisbəti isə 0,5 faiz bəndi artaraq 48,9 faiz olub. Bu göstərici kişilər üzrə 66,9 faiz olduğu halda, qadınlar üzrə 31,2 faiz olub.
2023-cü ilin yanvar ayında işçi qüvvəsi əvvəlki ayla müqayisədə 188 min nəfər artaraq 35 milyon 260 min nəfər olub.
Gənclər arasında işsizlik səviyyəsi 20,2% təşkil edib
15-24 yaş gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,5 faiz bəndi artaraq 20,2 faiz olub. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 16,5 faiz, qadınlar üzrə isə 26,6 faiz təşkil edib. (Marja)