Bazar iştirakçıları inflyasiyanın sürətlənməsinin yanvar ayında da davam edəcəyini proqnozlaşdırırlar.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı 2022-ci il üçün inflyasiya proqnozunu - ARTIRIB
FED.az xəbər verir ki, "Bloomberg"in 25 qurumun iştirakı ilə keçirdiyi sorğuda orta gözlənti istehlak qiymətlərinin yanvar ayında aylıq 9,4%, illik isə 46,5% artacağı istiqamətlərindədir.
Sorğuda yanvar inflyasiyası ilə bağlı ən aşağı gözlənti aylıq 5,8%, ən yüksək gözlənti isə 13,72% olaraq qeyd edilib.
Sorğuda “İl ərzində pik hansı ayda və hansı səviyyədə müşahidə olunacaq?” sualaına cavab verən 20 qurumun orta gözləntisi 55% olub. Bu suala cavab olaraq, ən aşağı təxmin 45 faiz, ən yüksək təxmin isə 62,2 faiz olub. İştirakçıların əksəriyyəti inflyaslyada ən yüksək səviyyənin may ayında qeydə alınacağını bildiriblər.
21 qurumun iştirakı ilə ilin sonuna inflyasiya proqnozu 32,85 faiz olaraq qeydə alınıb. Bu məlumat üçün ən aşağı qiymət 22 faiz, ən yüksək qiymət isə 37 faiz təşkil edib. (Marja)