Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
Eləcə də bax: Türkiyədə minimum əməkhaqqı artırıldı - YENİ MƏBLƏĞ
FED.az xəbər verir ki, illik istehlak inflyasiyası 78,62% səviyyəsinə yüksəlib. Aylıq artım isə 4,95% təşkil edib.
Digər mühüm göstərici - istehsalçı qiymətləri indeksi aylıq 6,77 faiz, illik 138,31 faiz artıb.
TÜİK-in məlumatına görə, inflyasiya iyun ayında aylıq bazda 4,95 faiz artaraq illik bazda 78,62 faiz olub.
Ən aşağı illik artım rabitə xidmətlərində - 23,74% olub.
Ən aşağı illik artım isə 23,74 faizlə əsas rabitə qrupunda olub. Əvvəlki ilin eyni ayına nisbətən artımın aşağı olduğu digər əsas qruplar müvafiq olaraq 26,99 faiz ilə geyim və ayaqqabı, 27,76% ilə təhsil və 39,34 faizlə səhiyyə olub.
Digər tərəfdən, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım müşahidə edilən əsas qruplar müvafiq olaraq 123,37% ilə nəqliyyat, 93,93% ilə qida və alkoqolsuz içkilər, 81,14% ilə ev əşyaları olub.
Aylıq 9 əsas qrup daha aşağı, 3 əsas qrup isə daha yüksək dəyişiklik göstərib
Əsas xərc qrupları üzrə ən az artım göstərən əsas qruplar 0,18 faizlə geyim və ayaqqabı, 1,97 faizlə səhiyyə, 2,02 faizlə əyləncə və mədəniyyət məhsulları olub.
Yerli istehsalçı qiymətləri indeksi (D-ÜFE) illik 138,31%, aylıq isə 6,77% artdı. Sənayenin dörd sektorunda illik dəyişikliklər; mədənçıxarma və karxana sənayesində 142,68 faiz, emal sənayesində 120,47 faiz, elektrik enerjisi və qaz istehsalı və bölüşdürülməsində 369,20 faiz, su təchizatında 81,47 faiz artım olub.
"Təbii qaz, elektrik zamları əks olundu"
İqtisadçı Dr. Veyis Fertekligil iyun ayı inflyasiya rəqəminin gözlənildiyini deyib:
"İnflyasiya 80 faizdən bir qədər aşağı gözlənilirdi. Ona görə də çox təəccüblü deyildi. Ayın sonunda təbii qazın, işığın, alkoqol və içkilərin qiymətlərində artımlar edilib, şəkər kimi ərzaq məhsullarının qiymətlərində artım olub".
İnflyasiya baxımından lider göstərici olaraq qəbul edilən İTO məlumatlarına görə, iyun ayında İstanbulda pərakəndə satış qiymətləri illik 94,19 faiz artıb.
(Marja)