Türkiyə Statistika Komitəsi (TÜİK) yanvar ayı inflyasiya məlumatlarını açıqlayıb.
Eləcə də bax: Türkiyədə inflyasiyanın 46,5 faizə yüksələcəyi gözlənilir - SORĞU
FED.az xəbər verir ki, ölkədə inflyasiya 19 illik pik həddi yeniləyib.
Yanvarda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 48,69 faiz artıb.
Beləliklə, dekabr ayında görülən inflyasiyanın 19 illik pik səviyyəsi yenilənib.
"Bloomberg"in 25 qurumun iştirakı ilə keçirdiyi sorğuya görə, proqnoz istehlak qiymətləri indeksinin 46,5 faiz artacağı istiqamətində idi. (Marja)