Türkiyədə illik inflyasiya yenidən artıb.
Türkiyə Mərkəzi Bankının rəhbəri inflyasiya ilə mübarizə aparacağına söz verib
FED.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatınən məlumatna (TÜİK) görə, cari ilin yanvar ayında inflyasiya 64.86% təşkil edib. Ötən ilin dekabr ayında bu rəqəm 64.77% idi. Yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 6.7% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 40.62% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.27% ilə restoran və otel qiymətləri olub. (Apa)