Türkiyənin 2023-cü il inflyasiya göstəricisi açıqlanıb.
FED.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, inflyasiya 2023-cü ilin dekabr ayında aylıq 2,93 faiz artaraq illik əsasda 64,77%-ə çatıb.
2023-cü ildə ən yüksək artım 93,24% ilə restoran və otellərdə yaşanıb.
Qeyd edək ki, noyabr ayında bu göstərici 61.98 % səviyyəsində idi.