Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında fındığın alış qiymətlərini açıqlayıb.
Azərbaycan 6 ayda 60,6 milyon dollarlıq fındıq - İXRAC EDİB
FED.az xəbər verir ki, Prezident Ərdoğan, “Torpaq Məhsulları Ofisi fındığın kiloqramını 84 lirəyə (5,3 manat), Levant keyfiyyətini isə 82,5 lirəyə (5,2 manat) alacaq. Alışlarda 1,65 lirədən başlayan əlavə mükafat veriləcək. Kənd Təsərrüfatı və Meşə Nazirliyi istehsalçılara kiloqramı üçün təxminən 2 lirə 70 sent dəstək ödənişi edəcək",- bildirib. (Marja)