Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, avqust ayında ölkədə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) aylıq 9,09 faiz, illik isə 58,94 faiz artıb. Bu rəqəmlər proqnozları üstələyib.
Türkiyənin 7 aylıq xarici ticarət dövriyyəsində 74 milyard dollara yaxın - KƏSİR OLUB
FED.az xəbər verir ki, iqtisadçılar aylıq inflyasiyanın 7 faiz, illik inflyasiyanın isə 55,9 faiz olacağını gözləyirdilər.
Baza inflyasiya əvvəlki 56,1 faiz və gözlənilən 61,7 faizlə müqayisədə 64,85 faizə yüksəlib.
Ötən ilin eyni avqust ayına nisbətən ən az artım göstərən qrup 24,97% ilə mənzildir. Digər tərəfdən, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan qrup 89,31% ilə restoran və otellər olub.
Avqust ayında əvvəlki ayla müqayisədə ən az artım göstərən qrup 3,11 faizlə təhsil olub. Əvvəlki ay ilə müqayisədə ən yüksək artımın qeydə alındığı əsas qrup isə 16,61 faiz ilə nəqliyyat olub.
Yerli İstehsalçı Qiymət İndeksi illik 49,41%, aylıq isə 5,89% artıb. (Marja)