Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz sosial media hesabında bazar ertəsi açıqlanmış inflyasiya məlumatlarına dair açıqlama verib.
Türkiyə Mərkəzi Bankının rəhbəri inflyasiya ilə mübarizə aparacağına söz verib
FED.az xəbər verir ki, Yılmaz, "Mərkəzi Bankımızın əlavə sərt pul siyasəti addımları ilə yanaşı, ilin ikinci yarısında maliyyə siyasəti və struktur islahatları ilə dəstəkləyəcəyimiz dezinflyasiya prosesində əhəmiyyətli nəticələr əldə ediləcək" deyib.
Yılmaz, "Ortamüddətli dövrdəb davamlı inkişaf hədəflərimiz çərçivəsində yenidən təkrəqəmli inflyasiya qayıtmaqda qərarlıyıq" deyib.
Türkiyənin Maliyyə naziri Mehmet Şimşek də sosial media hesabından 2024-cü ilin fevral ayı inflyasiya ilə bağlı açıqlama verib.
Nazir, "Fevral ayında aylıq inflyasiya gözləntilərin üzərində oldu. Dezinflyasiya zaman və qətiyyət tələb edir. Qiymət sabitliyi əldə olunana qədər səbir və qətiyyətlə işləməyə davam edəcəyik. Mərkəzi Banka tam dəstəyimiz var. TCMB-nin əlavə sərt pul siyasəti addımları iqtisadi artımın tarazlaşdırılmasına, cari kəsirin daralmasına və inflyasiya meyllərinin qırılmasına töhfə verəcək" deyib. (Marja)