Türkiyə iqtisadiyyatında cari kəsir fevralda gözləntiləri aşaraq 8,78 milyard dollara çatıb. Fevral ayında 12 aylıq cari kəsir 55,4 milyard dollar oldu. Beləliklə, 12 aylıq cari kəsir son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
FED.az xəbər verir ki, Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar fevral ayında cari hesabın 8,45 milyard dollar kəsir olacağını gözləyirdilər.
Fevral ayında Türkiyədə xarici ticarət kəsiri bir əvvəlki ilə görə 51,4% artaraq 12,1 milyard dollara çatıb.
Fevral ayında qızıl və enerji xaric cari əməliyyatlar hesabı 834 milyon dollar profisit verib.
TCMB məlumatlarına görə, tədiyə balansının müəyyən etdiyi xarici ticarət kəsiri 10,4 milyard dollar təşkil edib.
Xidmətlər balansından daxilolmalar 2,3 milyard dollar, ayrıca səyahət maddəsi üzrə xalis gəlirlər 1,65 milyard dollar olub.
Birbaşa investisiyalardan xalis daxilolmalar 505 milyon dollar, portfel investisiyaları isə 240 milyon dollarlıq xalis daxilolma göstərib.
Alt-maddələr üzrə təhlil etdikdə qeyri-rezidentlərin fond bazarında 185 milyon dollar xalis satış, dövlət daxili borc qiymətli kağızları bazarında isə 14 milyon dollar xalis alış həyata keçirdiyi görünür.
Bu ay rəsmi ehtiyatlarda 4,7 milyard dollar xalis azalma olub.