Qlobal investisiya bankı Morgan Stanley Türkiyədə mayın 14-də keçiriləcək Prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq, ilk mərhələdə məzənnənin yüksələcəyini proqnozlaşdırıb (Dollar bahalaşacaq, Türk Lirəsi ucuzlaşacaq).
Forbes dollar dövrünün bitməsinin - ƏLAMƏTLƏRİNİ SADALAYIB
FED.az xəbər verir ki, Bankın iqtisadçıları və strateqləri tərəfindən hazırlanmış hesabatda bildirilir ki, mövcud hökumət və mərkəzi bank seçkiyə qədər Türk lirəsinin nisbətən sabit qalmasına çalışacaq.
"Yerli əhalinin valyuta alışı ilə bağlı tələblərin daha da sərtləşdiriləcəyini və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) tərəfindən lirələşmə istiqamətində daha sərt addımlar atılacağını gözləyirik", - hesabatda deyilir.
"Cumhur İttifakı"nın seçkidə qalib gəldiyi ssenari
Hesabatda, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürən "Cumhur İttifakı" seçkidə qalib gəldiyi ssenaridə, aşağı faiz siyasətinin davam edəcəyi, maliyyə şərtlərinin və bazar faizlərinin alternativ alətlər və bank sektoru tənzimləmələri ilə müəyyənləşdirilməsinə davam ediləcəyi nəzərdə tutulur.
"Rusiya və Körfəz Ərəb Əməkdaşlıq Şurası kimi regional tərəfdaşlardan şərti pul axını, tənzimləyici addımlar, ehtiyatların idarə edilməsilə ilk mərhələdə məzənnənin yüksəlməsi məhdud olacaq. Lakin 2023-cü ilin son rübündə artacaq balanssızlıqlar ilə əlaqıdar olaraq məzənnə kəskin yüksələcək (Dollar kəskin bahalaşacaq). Bu, Mərkəzi Bankın faizlərini qismən artırmasına səbəb ola bilər. Lakin inflyasiyanın yüksəlməsi və bununla əlaqədar olaraq yeni makro siyasət çərçivəsi tətbiq olunana qədər 2024-cü ildə tənəzzül baş verəcək",- hesabta bildirilir.
"Millet İttifakı"nın seçkidə qalib gəldiyi ssenari
Hesabatda deyilir ki, seçkidə Kemal Kılıçdaroğlunun namizədliyini irəli sürmüş "Millet İttifakı" qalib gələrsə, ilk mərhələdə Mərkəzi Bank faizini 30-35%-ə, ilin sonunda isə 40-45%-ə yüksəldə bilər.
Hesabatda qeyd edilib ki, real məzənnənin ilkin səviyyəsi və tədiyyə balansından qaynaqlanan təzyiqlər, müxalifətin qələbəsi ssenarisində də dollar/TL-də ilkin mərhələdə yüksəlişin ola biləcəyindən xəbər verir.
2024-cü ildən etibarən inflyasiyanın sürətlə düşməsi prosesinin başlayacağı proqnozlaşdırılır. Həmçinin üç rüblük iqtisadi azalmadan sonra 2024-cü ilin ikinci yarısından sonra sürətli bir bərpa proqnozlaşdırılır. (Marja)