Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) fevral ayında baş verən zəlzələnin iqtisadiyyata mənfi təsiri və kredit şərtlərinin ağırlaşacağı səbəbləri ilə 2022-ci il üzrə Türkiyədə iqtisadi artım proqnozunu 3 faizdən 2,5 faizə endirib.
Moody's Türkiyədəki seçkiləri qiymətləndirdi - YÜKSƏK İNFLYASİYA DAVAM EDƏ BİLƏR
FED.az xəbər verir ki, AYİB 2024-cü il üçün iqtisadi artım proqnozunu 3 faiz səviyyəsində saxlayıb.
İnkişaf etməkdə olan Avropa, Mərkəzi Asiya və Şimali Afrika ölkələrindən ibarət geniş coğrafiyada fəaliyyət göstərən AYİB region ölkələri üçün makroiqtisadi proqnozlarını yeniləyib.
AYİB-in baş iqtisadçısı Beata Javorcik Türkiyədəki seçkilərdə kimin qalib olmasından asılı olmayaraq kredit şərtlərinin daha da sərtləşdiriləcəyini nəzərdə tutduqlarını bildirib. (Marja)