Türkiyə tacir və sənətkarlar üçün yeni maliyyə dəstəyi paketini açıqlayıb.
Eləcə də bax: Türkiyədə inflyasiya açıqlandı - QİYMƏTLƏR ARDICIL 16 AYDIR ARTIR
FED.az xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində xəzinə və maliyyə naziri Nurəddin Nəbati bildirib.
"İqtisadi siyasətimizin əsasını “istehsal” təşkil edir. Əsas məqsədimiz bu ölkə üçün istehsal ilə məşğul olanlara dəstək olmaqdır. Bu çərçivədə Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar tacir və sənətkarlara ümumilikdə 100 milyard lirə məbləğində kreditlər təqdim edəcəyik", - deyə nazir yazıb.
Onun sözlərinə görə, kreditlər 60 ayadək taksit və 7,5 faiz dərəcəsi ilə veriləcək. (Trend)