Türkiyənin cənub-şərqindəki Hatay vilayətində terminal işlədən Global Terminal Services (GTS) müştərilərinə Rusiyadan gələn bütün malları qəbul etməyi dayandıracağı barədə xəbərdarlıq edib.
"Çoxlu sanksiyalara baxmayaraq, Rusiya Avropada birinci iqtisadiyyat olub"
FED.az xəbər verir ki, bu barədə Reuters yazır.
“GTS Rusiya nefti ilə bütün mümkün əlaqələri kəsmək qərarına gəlib və 2024-cü ilin fevral ayının sonunda müştərilərinə elan edib ki, heç bir qanun, qayda və ya sanksiya pozuntusu olmasa belə, Rusiya mənşəli və ya hər hansı bir məhsulu qəbul etməyəcək. Bu, sanksiya qaydalarına əlavə tədbirdir”, - şirkətdən bildiriblər.
Açıqlamada qeyd olunur ki, əvvəlki bütün əməliyyatlar sanksiyalara tam uyğun olaraq həyata keçirilib. Hazırkı qərar mümkün sanksiyalardan yayınma sxemlərini aradan qaldırmaq üçün əlavə tədbirdir. Eyni zamanda, GTS, qadağa tətbiq edilməzdən əvvəl bəyan edilmiş Rusiya yüklərini qəbul etməyə davam edəcək.
Amerikanın Rusiya ilə işləməyə davam etdirən üçüncü ölkə şirkətlərini ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələməsi, artıq Türkiyə-Rusiya ticarətini soyudub. (Marja)