"Rusiya iqtisadiyyatı, son bir ildə ona tətbiq edilən çoxlu sanksiyalara baxmayaraq, alıcılıq qabiliyyəti paritetinə görə, Avropada birinci iqtisadiyyata çevrilib".
Putin: "Yeni “Taxıl sazişi” üçün Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır"
FED.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
“Son bir ildə Rusiya bütün sanksiyalar və məhdudiyyətlərə baxmayaraq, Avropanın birinci iqtisadiyyatına çevrilib. Sanksiyalar, məhdudiyyətlər, ödənişlərin dollarla həyata keçirilməsinin mümkünsüzlüyü, SWIFT-dən ayrılması, neft daşıyan gəmilərimizə qarşı sanksiyalar, təyyarələrə qarşı sanksiyalar, sanksiyalar... Hər şeydə, hər yerdə. Dünyada tətbiq edilən ən çox sanksiyalar Rusiyaya qarşı tətbiq edilir. Biz bu müddət ərzində Avropada ilk iqtisadiyyat olduq”, - Putin qeyd edib.
Rusiya Federasiyasının prezidenti vurğulayıb ki, dünya reytinqində Rusiya bu göstərici üzrə Yaponiyadan sonra beşinci yeri tutub. "ABŞ-ın istifadə etdiyi alətlər işləmir", - Rusiya prezidenti deyib.
2022-ci ilin sonunda Rusiya dünyanın ən böyük beş iqtisadiyyatı sırasına daxil olub, alıcılıq qabiliyyəti pariteti və iqtisadi həcminə görə Almaniyanı geridə qoyub. Bu qiymətləndirmə Dünya Bankı tərəfindən 2023-cü ilin avqustunda dərc edilib. Beynəlxalq təşkilatın məlumatına görə, Rusiya, dünyanın ən böyük beş iqtisadiyyatı sırasındadır. Reytinqdə Çin iqtisadiyyatı birinci, ABŞ ikinci, Hindistan üçüncü, Yaponiya dördüncü, Rusiya isə beşincidir. (Marja)