6 Türkiyə şirkəti dekabrın 29-dan etibarən Rusiyaya yumurta ixrcacına başlayıb.
Azərbaycan Rusiyaya yumurtanın üçüncü partiyasını - GÖNDƏRİB
“Dekabrın 29-dan etibarən quş qripindən azad ərazilərdə yerləşən 6 Türkiyə müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə başlanıb”, – “Rosselxoznadzor”un yaydığı məlumatda deyilir.
FED.az xəbər verir ki, bu idxal xarici iqtisadi fəaliyyətdə Rusiya iştirakçıları arasında inkubasiya yumurtalarının çatışmazlığı ilə bağlıdır.
Bundan əvvəl, dekabrın 24-də, Rusiya Azərbaycandan yumurta idxalına başlayıb.
Yeri gəlmişkən qeyd edək ki, Rusiya hökuməti 2024-cü il yanvarın 1-dən iyunun 30-dək olan müddətdə toyuq yumurtasının rüsumsuz idxalını müəyyən edən fərman imzalayıb. (Marja)