Bazar günü Rusiyaya Azərbaycandan 306 min ədəd ərzaqlıq yumurtanın üçüncü partiyası idxal edilib.
"Rusiyaya ixrac Azərbaycanda yumurtanı bahalaşdıracaq" iddialarına - CAVAB VERİLDİ
“Dekabrın 24-də Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın üçüncü partiyası ixrac edilib”, - deyə “Rosselxoznadzor” bildirir.
Dekabrın 19-da Rusiyaya Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası, dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində ikinci partiyası ixrac edilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. (İnterfaks-Azərbaycan)