Türkiyə Azərbaycandan sıfır gömrük vergisilə qida məhsulları idxal edəcək.
FED.az xəbər verir ki, Azərbaycandan idxal ediləcək məhsullar arasında pendir, çay, bitki mənşəli yağ, şəkər və şərab kimi məhsullar var.
Eləcə də bax: Azərbaycan məhsulları Türkiyə bazarına - Güzəştli Şərtlərlə Çıxacaq
Türkiyə Rəsmi Qəzetinin bugünki sayında, Türkiyə Prezidentinin imzaladığı "Türkiyə ilə Azərbaycan arasında ticarət razılaşması" dərc edilib. Razılaşmaya əsasən Azərbaycandan bir sıra mallar sıfır gömrük vergisilə idxal ediləcək.
Azərbaycandan bəzi qida məhsullarının sıfır gömrük vergisilə idxalı üzrə kvotalar: "Bəzi pendir növləri üçün 100 ton, bəzi meyvə növləri üçün 39 min ton, qara çay üçün 300 ton, günəbaxan toxumu yağı üçün 5 min ton, bəzi hayvan və bitki mənşəli yağlar üçün 2 min 500 ton, şəkər və şəkər məmulları üçün 5 min ton, kakao və kakao hazır məhsullar üçün 1250 ton, konserv tərəvəz və meyvə üçün 750 ton, müxtəlif meyvə püreləri üçün 3 min ton, alma suyu üçün 2 min ton və şərab üçün 9 min dekolitir". (Marja)