"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək".
Eləcə də bax: "Türkiyə və Azərbaycan məhsullarının sertifikatlaşma mərhələsi sadələşdiriləcək"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - o qeyd edib.
Nazir ötən gün iştirak etdiyi, Ankara keçirilmiş Türkiyə-Azərbaycan İş Adamları Forumuna da toxunub: "Qardaş Türkiyə ilə yüksək siyasi münasibətlər iqtisadi - ticarət əlaqələrimizin genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu istiqamətdə növbəti addımları müzakirə etdik". (Report)