Türkiyə 2019-cu ildə 110 ölkəyə 63,8 milyon dollarlıq velosiped, moped, motosiklet ixrac edib.
Eləcə də bax: 110 ölkəyə çay ixrac edib - 15 MİLYON DOLLAR QAZANIB
FED.az Avtomobil Sənayesi İxracatçıları Birliyinə istinadən xəbər verir ki, 2019-cu ildəki ixrac 2018-ci ilə görə 37% atıb.
Ən çox velosiped, moped, motosikl ixrac edilən ölkə Finlandiya olub. Ötən il Finlandiyaya ixrac 2018-ci ilə görə 47% artaraq 9,6 milyon dollardan 14,1 milyon dollara çatıb.
İkinci ən çox ixrac Almaniyaya olub. Almaniyaya 13 milyon dollarlıq məhsul ixrac edilib. Ötən ilki ixracın məbləği 2018-ci ildəki ixracdan 3 dəfədən çox artıb.
Ümumiyyətlə, velosiped, moped, motosiklet ixracının 42%-i Almaniya və Finlandiyanın payına düşür.
Türkiyənin bu məhsulları ən çox ixrac etdiyi ölkələrin siyahısında üçüncü sırada 6,5 milyon dollarlıq ixracla Niderland, dördüncü sırada 5,6 milyon dollarlıq ixracla İspaniya yer alır.
Bundan başqa, İngiltərəyə 5 milyon, Fransaya 4,9 milyon və İtaliyaya 3,3 milyon dollarlıq məhsul ixrac edilib.
Yunanıstana edilən ixrac 2018-ci ilə nəzərən təqribən 2 dəfə artaraq 1,3 milyon dollardan 2,4 milyon dollara yüksəlib.