2019-cu ildə Türkiyə 110 ölkəyə çay ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Şərqi Qaradəniz İxracatçılar Birliyi məlumat yayıb. Məlumata görə, 2019-cu ildə Türkiyədən 4 min ton çay ixrac olunub və 15,3 milyon dollar gəlir əldə edilib.
2018-ci illə müqayisədə Türkiyə çay ixracını artırıb. Belə ki, 2018-də ölkədən 3,6 min ton çay ixracı ölkəyə 13,2 milyon dollar gəlir gətirmişdi.
Başqa sözlə, 2019-da çayın ixrac miqdarı 11%, ixracdan əldə edilən gəlir 15% artıb.
Türkiyənin ən çox çay ixrac etdiyi ölkə Belçika olub. Belçikaya 5,9 milyon dollarlıq 1,6 ton çay ixrac edilib. 2018-ci ildə isə Belçikaya 693 ton çay ixracından 3,2 milyon dollar gəlir əldə edilmişdi. Başqa sözlə, Belçikaya edilən çay ixracının miqdarı 2,3 dəfədən çox, ixracın məbləği 85% artıb.
Belçikadan sonra ikinci yerdə 2 milyon dollarlıq ixracla Almaniya, üçüncü yerdə 1,7 milyon dollarlıq ixracla Şimali Kipr Türk Cümhuriyyəti ən çox çay ixrac edilən ölkələr sırasında yer alıb.