ABŞ prezidenti Donald Tramp Qrenlandiya məsələsində onunla razı olmayan və adanı qorumaq üçün oraya hərbçilər göndərən Avropa ölkələrini cəzalandırmaq üçün 10%-lik yeni rüsumlar tətbiq edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ prezidenti bununla bağlıv özünə məxsus olan «Truth Social» şəbəkəsində paylaşım edib.
Danimarkanın baş naziri: "Qrenlandiya bizim ərazimizdir və satılmır"
Tramp elan edib ki, 10%-lik rüsumlar fevralın 1-dən qüvvəyə minəcək, bundan sonra da vəziyyət dəyişməsə, 2026-cı ilin iyunundan sonra bu rusümlar 25%-ə yüksələcək. Söhbət Avropanın ən aktiv 8 ölkəsindən gedir: «Vaşinqton administrasiyası Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Finlandiya və Hollandiyaya 10% rüsum tətbiq edəcək və bu rüsumlar ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılığa gəlinənə qədər qüvvədə qalacaq. 1 fevral 2026-cı il tarixindən etibarən yuxarıda adı çəkilən bütün ölkələrin ABŞ-a göndərdiyi bütün mallara 10% rüsum tətbiq ediləcək. 1 iyun 2026-cı il tarixində isə bu rüsumlar 25%-ə qədər artacaq»-deyə ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
Xatırladaq ki, ABŞ prezidenti yanvarın əvvəlində ABŞ-ın Qrenlandiyanı ələ keçirmək və ya satın almaq yolu ilə buraya nəzarət etmək niyyətini açıqlamışdı. Amma adanın sahibi olan Danimarka və digər aparıcı Avropa ölkələri buna etiraz edirlər.
ABŞ bildirib ki, lazım gələrsə Qrenlandiyanı ələ keçirmək üçün hərbi qüvvədən də istifadə edəcək. Cavabında bəzi ölkələr Qrenlandiyanı ABŞ-ın mümkün hərbi müdaxiləsindən qorumaq üçün adaya hərbi qüvvələr də göndəriblər.
ABŞ prezidenti isə bundan hiddətlənib və məhz buna görə, həmin ölkələrə qarşı rüsumlar tətbiq edib.










