Tramp administrasiyası adanın Danimarkadan ayrılmaq razılığı müqabilində hər bir qrenlandiyalıya 10 000 ilə 100 000 dollar arasında birdəfəlik ödəniş etməyi düşünür.
Tramp: "Venesuela ABŞ-a 50 milyon barel neft verəcək, onu özümüz satacağıq"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə «Reuters» agentliyinin müzakirələrlə tanış mənbələrə istinadən məldumat yayıb.
Agentliyin mənbələrinə görə, ödənişlərin dəqiq məbləği və onların həyata keçirilmə mexanizmi hələ müəyyən edilməyib. Bu təşəbbüs göstərir ki, Qrenlandiyanın sahibi Danimarka hökuməti adanın satılmadığı barədə qəti açıqlamalar versə də, ABŞ adanı ələ keçirmək üçün hər şeyə hazırdır.
Xatırladaq ki, yanvarın 5-də Prezident Tramp bəyan etdi ki, Avropa İttifaqı müdafiə məqsədləri üçün ABŞ-dan Qrenlandiyaya sahib olmağı tələb edir. O, iddia etdi ki, Çin və Rusiya gəmiləri artıq adanı mühasirəyə alıb. Bununla yanaşı, Avropa İttifaqının özündə Trampın bu ideyası kəskin tənqidlə üzləşib.
Cavabında Tramp elan edib ki, məsələ ciddiləşsə, Qrenlandiya, yoxsa NATO seçimi edə bilər.
Hələlik isə Vaşinqtonda Qrenlandiya mövzusu ilə bağlı Danimarkanın və Avropanın əsəbləri ilə oynamaqda davam edirlər. Belə ki, Ağ Evin siyasət üzrə müavini və ABŞ prezidentinin müşaviri Stiven Millerin həyat yoldaşı Keti Miller X sosial media saytında Qrenlandiyanın xəritəsini yerləşdirmiş və ölkəni Amerika bayrağının rənglərində təsvir etmişdi. O, paylaşımının altına "tezliklə" sözü yazaraq ABŞ-ın Qrenlandiyanı ələ keçirmək planlarına işarə edib.










