İsveç rəsmiləri Tetra Pak-ın Rusiyaya məhsul ixracını qadağan edib.
Eləcə də bax: Rusiyadan Yaponiyaya - QADAĞA
FED.az xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, iki həftə əvvəl Tetra Pak da daxil olmaqla bir neçə İsveç şirkəti Rusiyaya ixracı davam etdirmək üçün İsveç hakimiyyətindən onları Avropa İttifaqının sanksiyalarından azad etməyi xahiş edib. Tetra Pak xahişini humanitar əsaslarla izah edib, çünki şirkət uşaq qidası da daxil olmaqla “on süd və şirə qutusundan yeddisini” istehsal edir.
Nəşrin yazdığına görə, bununla belə, İsveç hakimiyyəti Tetra Pakın arqumentlərini kifayət qədər inandırıcı saymayıb və ixracın humanitar səbəblərə görə zəruri olduğunu təsdiqləməyib. (Marja)