Rusiya Yaponiyanı Kuril adaları yaxınlığında balıq tutmaq hüququndan məhrum edəcək.
Eləcə də bax: Yaponiya “Rosselxozbank”a və Moskva Kredit Bankına sanksiya - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev bildirib.
“Biz, onsuz da, faktiki olaraq onların hüquqlarını (balıq tutmaq - red.) elə öz səyləri nəticəsində məhdudlaşdırmışıq. Onlar Kuril adaları yaxınlığında balıq tutmaq üçün kvota ödəməkdən imtina ediblər. Müvafiq olaraq, bu hüquq onlardan geri alınacaq”, - deyə Trutnev qeyd edib.
“Moskva ümid edir ki, Cənubi Kuril adaları yaxınlığında yapon balıqçılarının yerini Rusiya şirkətləri tutacaq”, - deyə o əlavə edib. (Oxu.az)