Əfqanıstan ərazisinə nəzarət edən Taliban hərəkatı Rusiya ilə iqtisadi müqavilə bağlayıb. İlkin razılaşmaya benzin, dizel yanacağı, qaz və buğdanın ixracı daxildir. Əfqanıstanın ticarət və sənaye naziri Hacı Nuruddin Əzizin sözlərinə görə, Rusiya endirim təklif etdiyi üçün xammalın qiymətləri bazar qiymətlərindən aşağı olacaq.
Eləcə də bax: “Taliban” Avropaya ilk dəfə mal - İXRAC ETDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Nazirin sözlərinə görə, Rusiya Əfranıqtana hər il təxminən 1 milyon ton benzin, 1 milyon ton dizel yanacağı, 500 min ton mayeləşdirilmiş neft qazı və 2 milyon ton buğda tədarük edəcək.
“Reuters” yazır ki, sövdələşmənin müddəti müəyyən edilməyib. Lakin sınaq müddətindən sonra ölkələr uzunmüddətli müqavilə imzalaya bilərlər.